EN

Tayson Meyvezerlə döyüşəcək

Ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson X sosial şəbəkəsində beş çəki dərəcəsində sabiq dünya çempionu Floyd Meyvezerlə döyüşəcəyini elan edib.

Həmin döyüşün gələn ilin yazında keçirilməsi gözlənilir.

59 yaşlı Tayson peşəkar karyerası boyunca keçirdiyi 58 döyüşün 50-də qələbə qazanıb (44-ü nokautla). 48 yaşlı Meyvezer isə peşəkar karyerasını 2017-ci ildə bitirib. O, peşəkar rinqdə keçirdiyi 50 döyüşün hamısından (27-si nokautla) qalib ayrılıb.

Chosen
3
1
football-plus.az

10Sources