EN

Soros və ailəsinə qarşı istintaq başlaya bilər

Soros

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, administrasiyası maliyyəçi Corc Soros və ya onun ailəsinə qarşı hədə-qorxu və qanunsuz maliyyələşdirmə faktı üzrə araşdırma apara bilər. Tramp Demokrat Partiyasının əsas donorunu etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham edib.Onun sözlərinə görə, “etirazçılar öz fəaliyyətlərinə görə Sorosdan və digər şəxslərdən pul alırlar”.Tramp Fox News-a müsahibəsində bildirib:“Biz Soros işini araşdıracağıq, çünki hesab edirəm ki, bu, onun və başqalarının əleyhinə RICO işi ola bilər. Çünki bu, sadəcə etiraz deyil. Bu, əsl iğtişaşdır.”ABŞ lideri, hansı Soros ailə üzvünün nəzərdə tutulduğunu və araşdırmanın hansı əsaslarla aparılacağını dəqiqləşdirməyib.Ulusum.az

Diqqət Çəkənlər

Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?

Vaxt itirmək istəmirsənsə – “Limonlu kapriz” bişir!

Şəkər asılılığından necə qurtulmaq olar?

Chosen
27
ulusum.az

1Sources