EN

Livanın cənubunda fələstinli birləşmələr tərksilah olunur

Bakı. Trend:

Livan ordusu ölkənin cənubunda – Sayd şəhərində yerləşən qaçqındüşərgəsini ələ keçirmiş fələstinli birləşmələrin tərksilahedilməsi üzrə əməliyyatın dördüncü mərhələsinə başlayıb.

Trend xəbər verirki, bu barədə Livan-Fələstin dialoqu üzrə dövlət komitəsinin(Livanın) sədri Ramiz Dimaşkiya “X” səhifəsində yazıb.

“Əyn-əl-Hilve düşərgəsindəki fələstinli təhlükəsizlikqüvvələrinin əməkdaşları topladıqları ilk silah partiyasını –artilleriya qurğuları, zenit qurğuları və minaatanları – Livanordusuna təhvil verəcəklər”, - diplomat qeyd edib.

“Livanın şimalında isə fələstinlilər silahları Tripoli şəhəriyaxınlığındakı əl-Bəddavi düşərgəsində təhvil verirlər”, - o əlavəedib.

Diplomatın sözlərinə görə, avqustun 22-də respublika prezidentiCozef Aun ilə fələstin lideri Mahmud Abbas arasında daha əvvəl əldəolunmuş ikitərəfli razılaşmaya əsasən, silahsızlaşdırma prosesibaşlayıb.

Məqalədə:
Chosen
30
2
az.trend.az

3Sources