EN

Yol qəzalarında ölənlərin sayı 91 min nəfəri keçib - Ötən 5 il ərzində

Ötən 5 il ərzində (20 mart 2020 -20 mart 2025) İranda yol qəzalarında 91 144 nəfər vətəndaş yol qəzalarında ölüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Tibbi Ekspertiza Təşkilatının sədri Abbas Məscidi Arani yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, orta hesabla ildə ölkədə 20 min nəfərdən çox vətəndaş yol qəzalarında ölüb.

Təşkilat rəsmisi qeyd edib ki, ehtiyatsızlıq, avtomobillər və yolların təhlükəsiz olmaması yol qəzalarının baş verməsinin əsas səbəbləri sırasına daxildir.

Chosen
15
2
avtosfer.az

3Sources