EN

“Barselona Qran-prisi F1-də qalmalıdır”

“Red Bull” komandasının dördqat Formula-1 çempionu Makss Verstappen bildirib ki, Barselona Qran-prisi Formula-1 təqvimində qalmalıdır, baxmayaraq ki, Madriddə yeni yarış təşkil olunacaq.

90deqiqe.Az-ın məlumatına görə, "Mundo Deportivo" pilotçunun dediklərini belə çatdırıb. 

“Düşünürəm ki, Barselona Formula-1-də qalması üçün əla seçimdir. Orada çox yaxşı xatirələrim var və bu, yarışlar üçün möhtəşəm trasdır. Təbii ki, təqvimə Madrid daxil olur – bu da gözəldir və İspaniyada Formula-1-ə böyük maraq olduğunu göstərir. Amma mən hələ də hesab edirəm ki, Barselona çox vacibdir və ümid edirəm, qalacaq”

Xatırladaq ki, “Circuit de Barcelona-Catalunya” ilə Formula-1 arasında müqavilə 2026-cı ilə qədər qüvvədədir. Eyni ildə İspaniyada IFEMA və Valdebebas ərazisində yerləşən Madriddə yeni tras çempionat proqramına daxil olacaq.

Chosen
26
90deqiqe.az

1Sources