EN

“Ancaq axmaqlar bütün vaxtını müqayisəyə sərf edir”

Basketbolun Şöhrət Zalının üzvü, 11 dəfə "Ulduzların oyunu”nun iştirakçısı olan Çarlz Barkli ekspertlər və azarkeşlər arasında kimin ən böyük basketbolçu olması ilə bağlı gedən müntəsəm müzakirələr haqda fikirlərini bölüşüb.

Hazırda televiziyada analitik kimi çalışan Barklinin mövqeyi belədi:
"MBA-da dahi oyunçuların sayı çoxdu. Ancaq axmaqlar bütün vaxtını müqayisəyə sərf edir. Maykl Cordan çoxdan karyerasını başa vurub. Bu axmaqlar bütün vaxtını onu Lebron Ceymslə müqayisə etməyə xərcləyir. Sual edirəm: niyə? Maykl Cordan 20 ildən artıqdı ölüb".
Yeri gəlmişkən, sentyabrın 6-da Massaçusets ştatının Sprinqfild şəhərində keçirilən mərasimdə “Nyu-York”un sabiq forvardı Karmelo Entoni ilə “Orlando”nun sabiq mərkəz oyunçusu Duayt Hovard da Şöhrət Zalına salınıb.
Chosen
28
1
football-plus.az

2Sources