EN

"Fənərbağça" - "Trabzonspor" oyununun saatı dəyişdirildi

Türkiyə Superliqasının V turunda keçirilməsi planlaşdırılan "Fənərbağça" - "Trabzonspor" oyununun saatı dəyişdirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar çıxarıb.

Buna Türkiyənin basketbol millisinin Avropa çempionatındakı final matçının həmin vaxta təsadüf etməsi səbəb olub.

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi saat 21:00-da yox, 20:00-da start götürəcək.

Qeyd edək ki, Türkiyə yığması sentyabrın 14-də, qitə çempionatının finalında Almaniya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Chosen
32
2
axar.az

3Sources