EN

Şamaxıda Üzüm və Şərab Festivalı start götürür (FOTO)

Bakı. Trend:

Bu saatlarda Şamaxıda Üzüm və Şərab Festivalı start götürür.

Trend xəbərverir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin, Abqora restoranı və“Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonununMeysəri kəndində keçirilən festival iki gün davam edəcək.

Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi,şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycandaüzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işləringeniş ictimaiyyətə çatdırılmasıdır. Builki festivalın proqramına daüzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlımüxtəlif maarifləndirici və əyləncəli tədbirlər daxildir.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük vəşərabçılıq kompleksinin ərazisində təşkil olunan festivaldamüxtəlif şərab brendləri iştirak edir.

Burada yerli və xarici istehsalçıların nümayiş etdirdiklərimüxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil edilir,ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinəəldə etmək, ustad dərslərində iştirak etmək, şərab evlərininmaraqlı hekayələrini dinləmək imkanı qazanırlar.

Festivalda həm də maraqlı konsert proqramı təqdim olunacaq.

Festival hər iki gün axşam saatlarınadək davam edəcək.

Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Chosen
24
23
az.trend.az

10Sources