Aktyor Ramil Babayevin ad günüdür.
Axşam.az xəbər verir ki, 47 yaşı tamam olan aktyor özünü 13 yaşında çəkdirdiyi foto ilə təbrik edib.
Arxiv şəklini yayımlayan Ramil "Keçdiyim yol çətin olsa da, məni daha da gücləndirdi. Mənimlə qürur duyan hər kəsə təşəkkür edirəm - ən yaxşısı hələ qarşıdadır. Xoş gəldin, 47 yaş. Allaha çox şükür olsun" sözlərini qeyd edib.
Həyat yoldaşı Nigar isə Ramillə videosunu yayımlayaraq "Ömrümün ən dəyərli hədiyyəsisən. Səni sonsuzadək sevirəm" sözlərini yazıb.
Qeyd edək ki, cütlüyün 2 övladı var.
"Cebheinfo.az"