EN

Kelloq Umerovla görüşdü

ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfəri çərçivəsində bu ölkənin Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov ilə görüşüb.

xəbər verir ki, bu barədə Kelloq X sosial şəbəkəsindəki hesabında yazıb.

"Biz Təhlükəsizlik Şurasının katibi və aparıcı müzakirəçi Rüstəm Umerov ilə ABŞ-nin insan itkisini dayandırmaq və Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün göstərdiyi səylər barədə müsbət söhbət etdik. Prezident Tramp Amerika xalqına xidmət etməyə, xaricdə sülhün təmin edilməsinə və sonsuz müharibələrə son qoymaq işinə sadiqdir", - o qeyd edib.

Daha əvvəl Kelloq Kiyevdə Ukraynanın veteranların işləri üzrə naziri Nataliya Kalmıkova ilə görüşmüşdü.

Chosen
35
5
axar.az

6Sources