BAKI, 13 sentyabr. TELEQRAF
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda əvvəlki ilin müvafiq dövrünə nisbətən kərə yağı istehsalında 7,8% azalma olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Cari ildə ölkədə 17 min 886,4 ton məhsul istehsal edilib. Sentyabrın 1-i vəziyyətinə ölkənin hazır məhsul ehtiyatı 202 tondur.