EN

Tramp Ukrayna müharibəsinə son qoymaq üçün yeni yol göstərdi: "NATO bunu etsə..." 

ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsi ilə bağlı sərt və diqqətçəkən açıqlamalarla çıxış edib.

Musavat.com-un xəbərinə görə, Tramp bildirib ki, hazırda davam edən müharibənin məsuliyyəti nə ona, nə də respublikaçılara aiddir:

“Bu, Trampın müharibəsi deyil (əgər mən prezident olsaydım, heç vaxt başlamazdı!), bu, Baydenin və Zelenskinin müharibəsidir. Mən buradayam ki, ona son qoymağa və minlərlə rus və ukraynalının həyatını xilas etməyə kömək edim. Ötən həftə 7 118 nəfər həyatını itirdi – bu, sadəcə dəhşətdir!”

Tramp NATO-ya ünvanladığı mesajında da qətiyyətli danışıb:

“Əgər NATO dediyim kimi etsə, müharibə tezliklə bitəcək və bütün bu həyatların hamısı xilas olunacaq! Əgər etməsəniz, o zaman siz sadəcə mənim, həmçinin ABŞ-ın vaxtını, enerjisini və pulunu boşa xərcləmiş olacaqsınız”.

ABŞ prezidenti əlavə edib ki, əgər bütün NATO ölkələri birgə qərar qəbul etsələr, Rusiya neftinin alınmasını dayandırmaq mümkündür. O, bu addımı atacağı təqdirdə, Moskvanın iqtisadiyyatına ən ağır zərbənin vurulacağını və Rusiyanın geri çəkilmək məcburiyyətində qalacağını vurğulayıb.

Tramp həmçinin Çinə qarşı sərt iqtisadi tədbirlər təklif edib:

“Əgər ABŞ və digər NATO ölkələri Çindən gətirilən mallara 50–100 faiz rüsumlar tətbiq etsələr, bu, Ukrayna böhranının həllinə kömək edəcək”.

Göründüyü kimi, Trampın bu bəyanatları həmişəki kimi mücərrəd, dolaşıq və iddialıdır. Yenə bütün suçu Bayden administrasiyasına yükləyib. Sanki Bayden ABŞ -ın yox, Venesuelanın prezidenti olub.

Onun bu çıxışı həm də NATO müttəfiqlərinə açıq təzyiq mesajıdır. O, müharibəyə son qoymaq üçün iqtisadi sanksiyaları əsas alət kimi təklif edir və Vaşinqtonun liderliyində sərt qərarların qəbulunu zəruri sayır.

Musavat.com

Chosen
17
musavat.com

1Sources