EN

İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, 12 sentyabrtarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Başnazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnozlayihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri,dünya iqtisadiyyatının inkişaf meylləri, büdcə proqnozlarındaistifadə olunan əsas fərziyyələr, cari iqtisadi vəziyyət və2025-2029-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar,2026-2029-cu illərdə büdcə siyasətinin əsas məqsəd, istiqamət vəhədəfləri, Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması və bərpasıilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük QayıdışProqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi vənəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, büdcəqaydasının parametrləri üzrə hədəf göstəriciləri, makroiqtisadi vəmaliyyə sabitliyi sahəsində cari vəziyyət, siyasət istiqamətləri vədigər məsələlər ətraflı müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziriSahil Babayevin, Mərkəzi Bankın sədri Taleh Kazımovun və əmək vəəhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzələridinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləritərəfindən müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təkliflərinəzərə alınmaqla 2026-cı ilin büdcə zərfinə daxil olan bütün sənədvə məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdimedilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimolunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlarverilib.

İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
Chosen
38
35
az.trend.az

10Sources