EN

ABŞ Rusiyaya görə bu ölkələrə sanksiya tətbiq edəcək - Türkiyə də var

ABŞ Rusiyanın hərbi-sənaye sektoruna dəstək verdiyi üçün Türkiyə, Hindistan, İran, Pakistan, Çin, Belarus, Sinqapur, Tayvan və BƏƏ şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb və bu qərar sentyabrın 16-dan etibarən qüvvəyə minəcək.

Nazirliyin məlumatına görə, sanksiya tətbiq ediləcək şirkətlərin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına ziddir.

Sanksiyalara məruz qalan şirkətlərin Rusiyanın hərbi-sənaye sektoru üçün mal tədarük etdiyi və müvafiq icazə olmadan ABŞ-a təchizat göndərdiyi vurğulanır.  

Mürtəza

Chosen
62
2
olke.az

3Sources