Avstriya Çinə sülhə nail olmaq üçün Rusiya Federasiyasına təzyiq göstərməyi təklif edib.
Bizim.Media xəbər verir ki, Avstriyanın Xarici İşlər Naziri Beate Mainl-Reisinger Bloomberg-ə verdiyi müsahibəsində bildirib ki, Pekin, əgər özünü qlobal güc olaraq təsdiqləmək istəyirsə, Avropa ölkələri və ABŞ-dan yeni sanksiyalardan qaçmaq istəyirsə, Rusiya ilə münaqişənin dayandırılması üçün Moskvaya təsir göstərməlidir.
O, hesab edir ki, Çin, Putini sülh danışıqlarına cəlb etməli və həmçinin Rusiyaya təchizat formasında dəstəyi dayandırmalıdır:
"Çin, Putin üzərindəki təsirindən istifadə edərək, danışıqlarda real iştirak etməsini təmin etməlidir. Aİ-nin mövqeyi budur ki, Putin üzərində təzyiq göstərilməlidir və biz bunu sanksiyalar vasitəsilə həyata keçiririk. Əgər bu sanksiyalar aşılarsa, biz tədbir görəcəyik".
Bizim.Media