EN

Qazaxıstan Rusiyanın Aktauda baş konsulluğunun açılmasına razılıq verib

Qazaxıstan Rusiyanın Aktauda baş konsulluğunun açılmasına dair saziş layihəsini təsdiqləyib.

Bu barədə “KazTAG” agentliyi Qazaxıstan hökumətinin fərmanına istinadən məlumat yayıb.

Sənədə əsasən, Qazaxıstan hökuməti Rusiya Federasiyasının sözügedən konsulluq idarəsinin açılması və Qazaxıstan ərazisində konsulluq funksiyalarının yerinə yetirilməsi üçün bütün lazımi yardım və imkanları təmin edir.

Qazaxıstanın qərbində, Xəzər dənizinin sahilində yerləşən Aktau böyük sənaye və kurort şəhəridir, həmçinin Mangistau vilayətinin inzibati mərkəzidir.

Hazırda Rusiyanın Qazaxıstandakı Baş Konsulluğu üç şəhərdə – Almatı, Ust-Kamenoqorsk və Uralskda fəaliyyət göstərir.

MənbəREPORT
Chosen
20
1
banker.az

2Sources