"Barselona"nın gənc ulduzu Lamin Yamal zədələnib.
Offsideplus.az xəbər verir ki, o, sabahkı "Valensiya" ilə oyunda komandasına kömək edə bilməyəcək. Onun Çempionlar Liqasındakı "Nyukasl"la matçda da oynamaq şansı azdır.
Yamal 2 mövsümdür katalon klubunun əsas üzvlərindən biridir. 18 yaşlı futbolçu cari mövsüm 3 oyunda 2 qol vurmağı bacarıb.