EN

Polşa-Rusiya sərhədində təhlükəli gərginlik: ağır texnika və raketlər yerləşdirildi - VİDEO

Polşa ilə Rusiya sərhədində vəziyyət kritik həddə çatıb.

Musavat.com xəbər verir ki, son günlər Rusiyanın 19 dronunun Polşa sərhədini pozması fonunda regionda təhlükəsizlik böhranı daha da dərinləşib. Hadisədən sonra Polşa sərhəddə ballistik raketlərə qədər, çoxsaylı ağır texnika yerləşdirib, sərhəd boyunca tikanlı məftillər çəkilib.

Rəsmi Varşava bildirir ki, bu, təkcə Polşa sərhədi deyil, həm də NATO-nun sərhədidir. Bu səbəbdən alyans ölkələri də ayağa qalxaraq, Moskvanın mümkün hərbi təxribatına qarşı ciddi narahatlıqlarını ifadə ediblər.

Bundan başqa, Polşa Belarusla sərhəd buraxılış məntəqəsini də bağlayıb. Bu addım Avropa İttifaqı daxilində Rusiya və Belarusdan gələ biləcək hücum təhlükəsinin real olduğunu göstərir.

Avropa ekspertlərinin fikrincə, hazırkı gərginlik artıq “soyuq müharibə” ritorikasını geridə qoyub və birbaşa hərbi toqquşma təhlükəsini gündəmə gətirib.

Musavat.com

Chosen
32
musavat.com

1Sources