ain.az, Azertag portalına istinadən məlumat verir.
Astana, 13 sentyabr, AZƏRTAC
Astanada “Qanunlar vasitəsilə sülh və gələcək” adlı Konstitusiya Məhkəməsi Beynəlxalq Forumu Avropa, Asiya və Afrikanın 15 ölkəsindən konstitusiya nəzarəti orqanlarının sədrləri və hakimlərini, insan hüquqları üzrə müvəkkilləri, habelə aparıcı hüquqşünas alimləri, hüquq müdafiəçilərini bir araya toplayıb.
AZƏRTAC Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, mərkəzi dövlət orqanlarının rəhbərləri, vəkillər kollegiyası və Qazaxıstanın elmi ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Forum 150-dən çox iştirakçını bir araya gətirib. Tədbir milli hüquq sistemlərinin inkişafına töhfə verən konstitusiya ədalət mühakiməsi sahəsində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini təsdiqləyib.
Bundan əlavə, Astanada Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri tədbir iştirakçıları ilə birlikdə Qazaxıstan Konstitusiyasının 30 illiyi şərəfinə 30 şam ağacı əkiblər.
Tədbirdə Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Zimbabve, Tailandın konstitusiya nəzarəti orqanlarının sədrləri və hakimləri, beynəlxalq ekspertlər iştirak ediblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.