EN

Rusiyada Zəngəzur təşvişi: Zaxarova gözləyirik dedi İrəvanı həyəcanlandıran anons

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində hələ çox işin görülməli olduğunu bildirib. O, Türkiyə, İran və Rusiyanın da iştirakı ilə bir sıra fikir ayrılıqlarının aradan qaldırılması və yarım qalan məsələlərin həll edilməsinin vacib olduğunu söyləyib.

Zaxarova həmçinin “Tramp marşrutu” ndan (Zəngəzur dəhlizi-red.) danışaraq Moskvanın kommunikasiyaların açılması kontekstində Ermənistanla dialoqun davam etdirilməsini səbirsizliklə gözlədiyini qeyd edib. XİN rəsmisi Kremlin marşrutun açılması ilə bağlı detallarla tanış olduqdan sonra öz mövqeyini bəyan edəcəyini vurğulayıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından, o cümlədən, avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan narahatdır:

“Moskva bunu açıq şəkildə nümayiş etdirir. Zaxarovanın çıxışları da bu kontekstdə qiymətləndirilməlidir. O, “Azərbaycan və Ermənistanın görüləsi çox işləri var” deməklə 8 avqust razılaşmalarının perspektivini şübhə altına salır və sanki hələ heç də hər şey həllini tapmadığını vurğulamaq istəyir. Digər tərəfdən, Zaxarova Rusiyanın proseslərə töhfə verməyə hazır olduğunu deməyib. Əksinə, ölkəsinin bundan sonrakı mərhələdə roluna işarə edib və beləliklə Rusiyasız nəyəsə nail olmağın mümkünsüz olduğu təəssüratı yaratmağa çalışıb. Bu, tamamilə imperialist siyasətin təzahürüdür. Onun Zəngəzur dəhlizi barədə səsləndirdiyi fikirlər də göstərir ki, Kreml proseslərdən kənarda qalmaqdan narahatdır və bunun qarşısını almağa cəhd edir.

Kənan Novruzov

Etiraf etmək lazımdır ki, Rusiya hələ tam gücsüz deyil, diz üstə çökməyib. Moskvanın Cənubi Qafqazla bağlı maraqlarını və Vaşinqtonla münasibətlərinin hazırkı səviyyəsini nəzərə alsaq, deməliyik ki, region üçün gələcək addımlar asan olmayacaq. Rusiya–ABŞ gərginliyi Cənubi Qafqazda da özünü göstərəcək, Moskva Bakı və İrəvana təzyiqləri artıracaq”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
globalinfo.az

2Sources