EN

Sərkisyan amerikalılarla Zəngəzurdan danışdı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanın daxili işlər naziri Arpin Sarkisyan sentyabrın 12-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Globalinfo.az xəbər verir ki, Sərkisyan ABŞ nümayəndələri ilə görüşdə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasının vacibliyini vurğulayıb.

İki ölkənin nümayəndələri əməkdaşlıq imkanlarını müzakirə ediblər. Erməni nazir ABŞ-ın xüsusilə mütəşəkkil cinayətkarlığa, kibercinayətkarlığa və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və polis islahatlarına dəstək verilməsinin əhəmiyyətindən söz açıb.

Tərəflər həmçinin “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsindən danışıblar.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
globalinfo.az

1Sources