EN

Hacı Murad Yagizarov Bakıda dəfn ediləcək FOTO

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov Bakıda dəfn ediləcək.

Globalinfo.az bildirir ki, bu barədə Teleqraf-a Xalq yazıçısı Natiq Rəsulzadə məlumat verib.

Qeyd edək ki, Xalq artisti uzun sürən xəstəlikdən sonra Almaniyada vəfat edib.

***12:40

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya Xalq yazıçısı Natiq Rəsulzadə məlumat verib.

O bu gün uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib.

Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb.1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Onlarla Azərbaycan filmində müxtəlif baş və ikinci dərəcəli obrazları canlandırıb. “Azərbaycan SSR əməkdar artisti”, “Azərbaycan SSR xalq artisti“, Azərbaycan SSR Dövlət mükafatı, “Qızıl Dərviş” mükafatlarına layiq görülüb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
64
22
globalinfo.az

10Sources