EN

“Beşiktaş”ın futbolçusu Yunanıstan klubunda - RƏSMİ

“Beşiktaş” futbolçusunu icarəyə göndərib.

Apasport.az xəbər verir ki, Joao Mario AEK-lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, portuqaliyalı yarımmüdafiəçi Afina təmsilçisinin heyətində mövsümün sonuna qədər icarə əsasında oynayacaq.

32 yaşlı oyunçunun “Beşiktaş”la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü karyerası ərzində “Sportinq”, “İnter”, “Vest Hem” və “Lokomotiv”(Moskva) komandalarında da çıxış edib.

Sabiq “Yunayted”li Meksika klubunda - RƏSMİ

Hansı oyun, hansı kanalda? - TV AFİŞA

Türkiyəli jurnalist Ahmet Çakarı məhkəməyə verib

Nuri Şahin Türkiyə klubu yolunda

“Real”da ciddi itki

Chosen
17
apasport.az

1Sources