EN

Əli Səmədov: "Məğlubiyyətlərə son qoymaq üçün “Qəbələ” ilə oyun həll edici olacaq"

"Bilirik ki, bizə bu dəqiqə xal lazımdır. 3 oyundur məğlub oluruq. Naxçıvanın da gücünə bələd idik. Heyif, düşünürəm ki, pis oynamadıq, pis oyun göstərmədik. Nəticədə keyfiyyət sözünü dedi və qapımıza gələn azsaylı hücumlardan sonra qol vurdular. Birinci hissəni yaxşı oynadıq, ikinci hissədə isə yenə deyirəm, boşluqlarımız oldu. Yaxşı keyfiyyətli futbolçuları var idi və onlar da dəyərləndirdilər".

İdman.biz xəbər verir ki, bu sözləri Sportnet.az-a açıqlamasında "Kəpəz"in yarımmüdafiəçisi Əli Əsəmədov ötən gün Azərbaycan Premyer Liqasının 4-cü turunda "Araz-Naxçıvan"a 0:2 hesabıyla uduzduqları oyundan sonra deyib.

28 yaşlı futbolçu komandanın çətin vəziyyətdən çıxması üçün nə qədər zamana ehtiyac olduğu barədə suala isə belə cavab verib: "Əvvəlki oyunlara baxanda mən belə düşünürəm ki, daha yaxşı oynadıq. Komandayla söhbətlərimiz oldu, məşqçilərlə də. Mən belə düşünürəm ki, daha istəkli idik. Amma nəticədə məğlub olduq. Məğlub olandan sonra bunları deməyin heç bir yeri yoxdur. Yenə də deyirəm, inşallah Qəbələ ilə oyuna hazırlaşırıq. O 3 xal bizim üçün nə olur-olsun vacibdir – həm özümüzə motivasiya üçün, həm də turnir cədvəlində qalxmaq üçün".

İdman.biz

Chosen
18
1
idman.biz

2Sources