EN

Deputat hava limanına taksi qadağasını tənqid etdi “Vətəndaşlarımızın seçim azadlığı əlindən alınmamalıdır”

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Heydər Əliyev Beynəlxalq Hava Limanından tətbiq vasitəsilə taksi sifarişinin qadağan olunması barədə qərar səfər xərclərini artırır və sərnişinlərin seçim etmək hüququnu məhdudlaşdırır.Onsuz da son dövrdə taksi xidmətlərində edilən dəyişiklik taksilərin keyfiyyətinin xeyli artmasına gətirib çıxarıb. Hazırda xidmət göstərən taksilər yeni və müasir avtomobillərdir. Həqiqətən də bu dəyişiliklər keyfiyyətlə bağlıdırsa, taksi xidməti göstərən şirkətlərə bununla əlaqədar qaydalar tətbiq etmək, ən keyfiyyətli maşın və sürücülərə aeroportda xidmət göstərmək icazəsi vermək olar. Onsuz da taksi xidməti göstərən şirkətlərin tətbiqlərində sürücü və avtomobil barədə məlumatlar olur. Hətta ora xarici dil bilməsinə dair də məlumat əlavə etmək olar. Sərnişin hava limanından mehmanxanaya gedir. Marşurutu da tətbiqdən sifariş verir. Heç çox zaman sürücü ilə ünsiyyətə də ehtiyac qalmır”.Bizim.Media xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.Deputat bildirib ki, bu dəyişilik sırf xarici ölkə vətəndaşları üçün edilibsə, o zaman yerli sərnişinləri mütləq nəzərə almaq lazımdır: “Digər taksi tətbiqlərində Azərbaycan vətəndaşlarına bu xidmət aktiv olmalıdır. Texniki cəhətdən bunu etmək olar. Azərbaycan vətəndaşı olan sərnişinlərin hüquqları məhdudlaşdırılmamalıdır. Yayda Lənkəranda Qazaxıstan vətəndaşı olan turist mənə şikayət etdi ki, Bakı hava limanından Lənkərana onu 200 manata gətiriblər. Hoteldə öyrənib ki, əksinə, qiymət 100 manatdır. Araşdırdıq, məlum oldu ki, məhz aeroportda fəaliyyət göstərən taksilər tərəfindən bu xidmət göstərilib. Bu baxımdan aeroportda Bakıdan digər şəhər və rayonlara taksi xidmətləri zamanı maksimum məbləğ cədvəl şəklində qeyd edilməlidir. Yerli və xarici sərnişinlər bu cədvəli görməli və onları aldatmağın qarşısı alınmalıdır. Ümid edirəm ki, bu edilmiş dəyişikliklərdə optimal variant tapılacaq. Təklif etdiyim məsələlər nəzəzərə alınsa, problem qismində olsa, öz həllini tapa bilər”.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
3
bizim.media

4Sources