Sentyabrın 12-də Elm və Təhsil nazirliyi tərəfindən təşkil edilmiş "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusuna həsr olunan tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Afət Həsənova da iştirak edib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkillərimiz, ali təhsil müəssisələrinin rektorları, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların rəhbər heyəti və əməkdaşları, təhsil mütəxəssisləri, media qurumlarının rəhbərləri, direktor və müəllimlər iştirak ediblər.
Çıxış və müzakirələrdən sonra tədbir uşaq-gənclər inkişaf mərkəzlərinin ifasında musiqi nömrələri ilə davam edib.

