EN

“Turan Tovuz”da yenilik - Ehtiram Quliyevin namizədi kimdir?

Tezliklə "Turan Tovuz"da skaut şöbəsi yaradıla bilər.

İdman.biz Sporinfo.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi belə bir ideyanı gerçəkləşdirmək istəyir.

Bir neçə nəfərdən ibarət qrup ilboyu fəaliyyət göstərəcək və əsasən legioner futbolçularla bağlı araşdırma aparacaq. Onlar klubun büdcəsinə və hədəflərinə uyğun gələn əcnəbi oyunçuları daim izləyəcək və aylıq hesabat təqdim edəcək.

Şöbənin başına keçməyə ən real namizəd kimi Ramin Quliyevin adı hallanır. Vaxtilə "Sabah"ı çalışdırmış, hazırda isə AFFA-da təlimatçı olaraq çalışan mütəxəssisin namizədliyi Ehtiram Quliyev tərəfindən də dəstəklənib. İdarə Heyətinin sədri seleksiya bölməsinin maliyyələşdirilməsinə dair göstəriş verib.

İdman.biz

Chosen
6
1
idman.biz

3Sources