Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi 3 tibb mərkəzi üçün klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alacaq.
Bakıvaxtı.az xəbər verir ki, Mərkəz müvafiq işlərlə bağlı "Medsol" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə razılaşıb. Şirkətlər arasında bağlanan müqavilənin şərtlərinə görə, testlərin alınması qarşılığnda "İnnovasiya və Təchizat Mərkəzi" "Medsol" MMC-yə 20 milyon 901 min 451 manat vəsait ödəyəcək.
Laboratoriya testlərinin alışı 2028-ci ilin avqust ayına qədər davam edəcək.
Bundan əlavə, "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi ixtioz və bullyoz epidermoliz xəstəliyi üçün sarğı və baxım vasitələrinin alınmasına 370 min 843 manat ayırıb.
Bununla əlaqədar isə "Zeytun Pharmaceuticals" MMC ilə müqavilə bağlayıb.
Müqavilənin şərtlərinə əsasən, Mərkəz bu şirkətdən sarğı və baxım vasitələrinin alışını gələn ilin yanvar ayına qədər davam etdirəcək.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə təsis edilib. Nizamnamə kapitalı 4000 manat olan qurum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi “Rəvan” futbol klubunun keçmiş vitse-prezidenti Bəhruz Şirəliyevdir.
Nizamnamə kapialı 17 milyon 975 min manat olan Medsol MMC-nin isə qanuni təmsilçisi Salmanov Qabil Nazim oğludur. Şirkətin vergi ödəyicisi kimi fəaliyyətdə olduğu müddətdə üç dəfə adı dəyişilib. İlk adı “PAY” MMC olub. 2016-cı ildə “Alo 24”, 2021-ci ildən isə “Medsol” adlandırılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.