EN

Təhsil sahəsinə investisiya qoyuluşu 3 dəfədən çox artdı

BAKI, 13 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsinə 206,7 milyon manat məbləğində sərmayə yatırılıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

Qeyd edək ki, hesabat dövründə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 374,5 milyon manat yönəldilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azalma deməkdir.

Ümumi sərmayənin 52,3 faizi dövlət, 47,7 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Bu məbləğin 5 milyard 800,2 milyon manatı və ya 51 faizi məhsul istehsalı sahələrinin, 3 milyard 819,9 milyon manatı (33,6 faizi) xidmət sahələrinin, 1 milyard 754,4 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Chosen
31
teleqraf.com

1Sources