EN

Əzabın üçüncü ayı: Binəqədi şossesində minlərlə insan tıxacda qalır

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Binəqədi şosesində iyun ayından başlanan kanalizasiya xəttinin çəkilişi artıq 3 aydır ki, davam edir. Təmir işləri 3 hərəkət zolağını zəbt edir və günün istənilən vaxtı tıxaclara səbəb olur. Bu səbəbdən avtobusların qrafiki pozulur, taksilər sifarişlərdən imtina edir, sakinlər işə gecikməyə məcbur olurlar.

Ölkə.Az xəbər verir ki, bu barədə İTV telekanalının reportajında bildirilir.

"Hər gün bu yolla gedirik. Ümid edirdik ki, sentyabra kimi yol açılacaq və istifadə edə biləcəyik. Hələlik çox çətinliklə maşın sürürük", - sürücülərdən biri bildirib.

Digər respondent isə qeyd edib: "Narazılığımız yol ilə bağlıdır. İşə gedə bilmirik, vaxtında çatmırıq. İşlər davam edir, iki-üç aydan çoxdur ki, hər şey qazılıb".

Başqa bir sürücü təmirin “tıxaclara və çətinliklərə” səbəb olduğunu söyləyib: “Binəqədi, Sumqayıt, Mehdiabad, Goradil, Fatmayi – minlərlə insan aylardır əziyyət çəkir”.

Yeni dərs ilinin başlanmasına çox az vaxt qalıb və sürücülər və sakinlər hələ də cari təmir işlərinin sentyabrın 15-nə kimi yekunlaşacağına ümid edirlər.

Mənzil İnşaatı Dövlət Agentliyindən jurnalistlərin sorğusuna cavab olaraq bildirilib ki, Binəqədidə yaşayış kompleksi üçün xarici məişət kanalizasiya xəttinin çəkilməsi işləri mövcud kommunikasiyalar nəzərə alınmaqla və aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
olke.az

2Sources