EN

Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri AXTARIŞA VERİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Külli miqdarda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, "Viktoriya-313" tikinti şirkətinin rəhbəri Arzuman İsa oğlu Əliyev barəsində dələduzluq maddəsi ilə qiyabi həbs qətimkan tədbiri seçilib və tutularaq saxlanılması ilə bağlı axtarış elan edilib.
Qeyd edək ki, A.Əliyev bir neçə il qabaq dələduzluq ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası şərti hesab edilərək sınaq müddəti seçilib.
Bir müddət sonra A.Əliyev Azərbaycanı tərk edib. Onun barəsində yeni hallarla bağlı cinayət işi başlanılıb.
Chosen
20
23
oxu.az

10Sources