EN

İki boksçumuz dünya çempionatında bürünc medal qazandı

Azərbaycan boksçuları İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında 2 medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, millinin heyətində Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (90 kq) mundialı 3-cü pillədə başa vurublar.

Cəfərov (75 kq) dünya çempionatının yarımfinalında özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz bürünc medala sahib olub.

Alfonso Dominqes (90 kq) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün dünya çempionumuz 3-cü yeri tutub.

Chosen
22
22
bakivaxti.az

10Sources