EN

Trampla Putin gələn ay görüşə bilər Malayziyada

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp oktyabrda Malayziyaya səfəri zamanı Vladimir Putinlə görüşə bilər.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, görüşün Malayziyada baş tutacağı gözlənilir.

Malayziyanın Baş naziri Ənvər İbrahim bildirib ki, Tramp, Putin və Çin Baş naziri Li Qianq bu il Kuala-Lumpurda keçiriləcək 47-ci ASEAN sammitində iştirak edəcək: "Tarif probleminə baxmayaraq, ABŞ Prezidenti Donald Tramp mənə zəng etdi və ASEAN toplantısına qatılmaq üçün gələn ay Malayziyaya səfər edəcəyini söylədi. Baş nazir Li Qianq da orada olacaq".

Ənvər bundan öncə Pekinə səfəri zamanı Putinlə də görüşüb. O, Putinin də Malayziyaya gəlmək imkanını ciddi şəkildə düşündüyünü qeyd edib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
azpolitika.info

2Sources