EN

Premyer Liqa görüşündə biabırçı səhv - Bölgə klubu texniki məğlubiyyət alacaq

"İmişli" komandası Premyer Liqanın 4-cü turunda "Sumqayıt"la üz-üzə gəlir.

Quba Olimpiya Kompleksinin stadionunda keçirilən görüşün nəticəsindən asılı olmayaraq bölgə klubu texniki məğlubiyyət alacaq.

Buna səbəb meydan sahiblərinin heyətində əvəzləmədən meydana çıxan İbrahim Əliyevin adının matçın protokolunda olmamasıdır.

Xatırladaq ki, görüşün 68-ci dəqiqəsində İbrahim Ezekiel Morqanın yerinə meydana daxil olub.

Hazırda 74-cü dəqiqəsi oynanılan qarşılaşmada "İmişli" 1:0 qalib gəlir.

SPORTİNFO.AZ

Chosen
16
10
sportinfo.az

10Sources