Lent az saytından alınan məlumata görə, ain.az bildirir.
Belarusda azadlığa buraxılan müxalifətçi Nikolay Statkeviç ölkədən getməkdən imtina etdikdən sonra itkin düşüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, prezidentliyə keçmiş namizəd və “Narodnaya Qromada” partiyasının lideri Nikolay Statkeviç 11 sentyabrda həbsdən azad edildikdən sonra yoxa çıxıb.
Məlumata görə, onu Litva sərhədinə apararkən Statkeviç “qapını sındırıb, avtobusdan düşərək, geri – Belarus ərazisinə qaçıb”. Kameralar onu sərhəd yaxınlığında qeydə alıb, lakin sonra izi itib.
Siyasətçinin həyat yoldaşı, ABŞ diplomatları və həmkarları onu ölkədən çıxmağa razı salmağa çalışıblar, lakin buna nail ola bilməyiblər. Belarus təbliğat kanalları əvvəlcə onun Litvada olduğunu iddia etsə də, ertəsi gün onun itkin düşməsi barədə məlumat yaymağa başlayıblar. Litva hakimiyyəti təsdiqləyib ki, Statkeviç sərhədi keçməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.