EN

NATO Litvaya qoşun yeritmək üçün manevrlərə başlayır

NATO ölkələri Litvaya qoşun və texnikanın yerləşdirilməsi üçün “Böyük Qartal 2025” təliminə başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində NATO-nun Hollandiyadakı Birləşmiş Qüvvələr Komandanlığı Brunssum məlumat yayıb.

“NATO qüvvələri Litvada qoşunların və texnikanın sürətli, effektiv və koordinasiyalı şəkildə yerləşdirilməsini təcrübədən keçirir”, – deyə bəyanatda qeyd olunub.

Böyük Qartal 2025 təliminin NATO-nun şərq cinahını gücləndirmək üçün Müttəfiqlərin hazırlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıdığı bildirilir.

Qeyd edək ki, Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı alyansın baş katibi Mark Ruttenin elan etdiyi “Şərq gözətçisi” əməliyyatı çərçivəsində ölkə ərazisində fəaliyyətə başladığı barədə məlumat yaymışdı.

Yeganə

Chosen
47
50
busaat.az

10Sources