EN

Maks Verstappen Nürburqrinqdə 9-cu oldu

Sentyabrın 13-də Nürburqrinq trasının “Nordşlayfe” seqmentində keçirilən şənbə yarışı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Formula-1-in dördqat çempionu Maks Verstappen də bu yarışda iştirak edib. O, “Verstappen.com” komandası ilə 980 nömrəli “Porşe Kayman”ın sükanı arxasında mübarizə aparıb.

Niderlandlı pilot “GT3” sinfində çıxış üçün tələb olunan lisenziyaya sahib olmadığından məhdud gücə (300 a.g.) malik avtomobildə yarışıb. Verstappen stinti zamanı lisenziyanın yüksəldilməsi üçün lazım olan məsafəni qət edib və finişdə CUP3 kateqoriyasında 9-cu yeri tutub, liderdən iki dövrə geri qalıb.

Niderlandlı jurnalist Erik van Harenin məlumatına görə, Verstappenin tam lisenziya əldə etməsi üçün iki fərqli maşında ümumilikdə 14 dövrə qət etməsi tələb olunur. Komandanın digər avtomobili – “Lionspeed” texniki problem yaşadığından trasdan uzaq qalıb. Əgər nasazlıq aradan qaldırılarsa, dördqat dünya çempionu cəmi 100 metr məsafəni tamamlamaqla lisenziya şərtlərini yerinə yetirəcək və bazar günü keçiriləcək əsas yarışda “GT3” sinfində iştirak edə biləcək.

Chosen
34
90deqiqe.az

1Sources