EN

“İmişli” protokolda adı olmayan futbolçunu meydana buraxdı

BAKI, 13 sentyabr. TELEQRAF

“İmişli” Azərbaycan Premyer Liqasının IV turunda “Sumqayıt”la oyunda qayda pozuntusuna yol verib.

Teleqraf-ın məlumatına görə, bölgə təmsilçisi Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmanın 67-ci dəqiqəsində iştirak ərizəsində adı olmayan futbolçu İbrahim Əliyevi meydana buraxıb.

O, Erierike Mirkanı əvəz edib. PFL-in əsasnaməsinə zidd olan bu addıma görə “İmişli”yə texniki məğlubiyyət verilə bilər.

Qeyd edək ki, hazırda davam edən “İmişli” – “Sumqayıt” oyununda hesab 1:0 meydan sahiblərinin xeyrinədir.

Chosen
44
2
teleqraf.com

3Sources