EN

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci açıqlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 67,297 milyon ABŞ dolları dəyərində polad idxal edib.

“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.

Avqustda Türkiyə Azərbaycana 11,523 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 20 % çoxdur.

Türkiyənin 8 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 2,3 % artaraq 10 milyard 984 milyon ABŞ dolları, avqustda isə 1,3 % azalaraq 1 milyard 386 milyon ABŞ dolları olub.

Chosen
10
1
ikisahil.az

2Sources