Misli Premyer Liqasında IV turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq. Günün ilk oyununda "İmişli" Quba Olimpiya İdman Kompleksində "Sumqayıt"ı qəbul edib.
Görüşdə yeganə qolu "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov öz qapısına vurub.
"İmişli" bu qələbə ilə birlikdə xalını 7-yə yüksəldib. "Sumqayıt" da eyni xala malikdir.
Misli Premyer Liqası, IV tur
13 sentyabr (şənbə)
16:30. “İmişli” – “Sumqayıt” 1:0
Qol: Mehdi Cənnətov, 72 (avtoqol)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Quba OİK stadionu