EN

Villası 15 milyona satışa çıxarıldı Fotolar

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Yanvar ayında vəfat edən əfsanəvi amerikalı rejissor Devid Linçin Los-Ancelesdəki villası satışa çıxarılıb. 

“Qafqazinfo” “Variety” jurnalına istinadən xəbər verir ki, sözügedən ev 15 milyon dollara təklif edilir.

Rejissor 1963-cü ildə inşa edilən həmin evdə 35 ildən çox yaşayıb. Linç bu illər ərzində villanın yanında yerləşən daha iki evi də əldə edərək ümumi bir mənzilə çevirib. 

Xatırladaq ki, “Twin Peaks” serialının yaradıcısı kimi böyük populyarlıq qazanan D.Linç yanvarın 16-da 78 yaşında vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
2
qafqazinfo.az

3Sources