EN

Geri çağırılan səfirin katibəsindən nikahdankənar uşağı var? - “Aliment vermir”

Bir müddət əvvəl Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsindən geri çağırılan Hüseyn Hüseynovun qeyri-qanuni qızının olduğu iddia edilir.

 

Bu barədə Oxu.Az-a onun katibəsi Mariya Boteva məlumat verib.

 

Qadın iddia edir ki, H.Hüseynov onu aldadıb və hazırda aliment vermək istəmir, hədə-qorxu gəlir.

 

“O məni aldadıb. Əvvəl inandırıb ki, boşanıb, məsuliyyəti üzərinə götürüb. Sonra isə qorxutmağa başlayıb. Noyabrın 21-də Bolqarıstan məhkəməsi işə baxacaq. Bizim bir övladımız var. Atalığı təsdiq edən sənədi də sizə təqdim edirəm”, - deyə M.Boteva bildirib.

 

Qeyd edək ki, Hüseyn Hüseynov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın əridir.

 

Həmçinin onun səfir vəzifəsindən geri çağırılması da məhz qeyri-qanuni övladı olması ilə əlaqələndirilir.

 



 
 

 

Tarix: 13 Sentyabr 2025, 18:27   
Chosen
8
30
pravda.az

10Sources