EN

İki nəhəng satış bazarında mövqelərini itirir

2025-ci ilin ikinci rübündə qlobal smartfon bazarında artım müşahidə olunub: tədarüklər əvvəlki rüblə müqayisədə 4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,8% artaraq 300 milyon ədədə çatıb.

Ölkə.Az "TrendForce"a istinadən xəbər verir ki, artımın əsas hərəkətverici qüvvəsi Çin bazarı olub. Yerli istehsalçılar — "Xiaomi", "Oppo", "Transsion" və "Vivo" — tədarük həcmini artırıblar. Bununla belə, bazar payına görə liderlər "Samsung" (19%) və "Apple" (15%) olaraq qalıblar, amma onların tədarükləri müvafiq olaraq 5% və 9% azalıb.

Mütəxəssislər Çin brendlərinin uğurunu dövlətin güzəştli smartfon alış proqramı ilə əlaqələndirirlər ki, bu da tələbi stimullaşdırıb. Lakin proqnozlara görə, subsidiyaların təsiri növbəti rüblərdə məhdud olacaq.

Fləşip (ing. flagship - qabaqcıl) modellərə marağın azalması, "Samsung" satışlarına mənfi təsir göstərib, əvəzində "Apple" Çində münasib qiymətə təqdim etdiyi "iPhone 16e" modeli ilə mövqelərini möhkəmləndirib.

"TrendForce"un məlumatına görə, dünyanın ən böyük altı smartfon istehsalçısı qlobal bazarın 80%-nə nəzarət edir.

Chosen
25
3
olke.az

4Sources