EN

Avrokubok matçları İTV-nin efirində

“Saran Media” və ölkə ərazisində əsas yayımçı olan CBC Sport telekanalı ilə əldə edilən razılaşma əsasında 2025/26 mövsümündə bu turnirlərin görüşləri İctimai Televiziyanın canlı efirində təqdim olunacaq.

Apasport.az xəbər verir ki, bunu İTV-nin mətbuat xidməti açıqlayıb.

Futbol həvəskarları hər oyun günü 1 qarşılaşmanı İTV-nin efirində izləyə biləcək. Razılaşmaya əsasən, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunu İctimai Televiziyanın efirində nümayiş etdiriləcək.

Yeni mövsümdə yayımlanacaq ilk matç sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" görüşü olacaq. Xatırladaq ki, İTV ardıcıl 4-cü mövsümdə avrokubok oyunlarını idmansevərlərə təqdim edəcək.

Tomas Tuxeldən İLK

DÇ-2026: Kolumbiyadan darmadağın, Argentinadan minimalhesablı məğlubiyyət

“Beşiktaş”ın yeni transferi millinin heyətində zədələnib

Ukrayna millisinin futbolçusu: “Azərbaycanla görüş gözlədiyimizdən daha çətin keçdi”

DÇ-2026: Norveçdən 11 qol, Haalanddan penta-trik - YENİLƏNİB

Chosen
26
26
apasport.az

10Sources