EN

Müəllimin öldüyü hadisə ilə bağlı hökm oxundu - Əri sürücünü bağışladı (VİDEO)

Sabirabadda müəlimi maşınla vuran sürücü hakim qarşısına çıxarılıb. Qəzanı törədən sürücü mərhumun ailəsi ilə barışıb. Hadisə piyada xəttinin yaxınlığında baş verib.

Musavat.com xəbər verir ki, İmişli rayon sakini Samir Hacıyev idarə etdiyi "Ford" markalı mikroavtobusla hərəkətdə olarkən yolu keçmək istəyən Sabirabad sakini olan 1976-cı il təvəllüdlü Ruhiyyə Əliyevanı vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum Sabirabad rayonu Tağıyev adına məktəbdə müəllim işləyirmiş.

Cinayət məsuliyyətinə cəlb edilən S.Hacıyev meyvə-tərəvəz daşıması ilə məşğul olduğunu deyib. O, baş verən hadisəyə görə peşman olduğunu bildirib.

Mərhumun həyat yoldaşı qəzaya səbəb olan sürücünü bağışladığını deyib. Məhkəmə bunu yüngülləşdirici hal kimi nəzərə alıb.

Qeyd edək ki, kamera görüntülərindən qəzanın baş vermə anını izləyən zaman hadisənin piyada xəttinin yaxınlığında baş verdiyini müşahidə etmək olur. Mərhum yolu piyada xəttindən 10-15 metr kənardan keçir.

Bu hadisəyə görə hakim önünə çıxarılan S.Hacıyev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Hökmə əsasən, onun barəsində 3 il müddətə azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İ.Muradov
Musavat.com

Chosen
17
1
musavat.com

2Sources