EN

Jurnalist saxlanıldı Videoları “TikTok”da paylaşmışdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakı Şəhər DYP İdarəsindən Avtosfer.az-a verilən məlumata əsasən, "Cadillac" markalı, 90-AZ-943 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Sahil İmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib və sürücü barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

***

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü aşkar edilərək barəsində qanunamüvafiq tədbir görülüb.

 

*** 12 Sentyabr, 19:00

Paytaxtda yol hərəkəti qaydalarını pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 90-AZ-943 dövlət nömrə nişanlı “Cadillac Escalade” markalı avtomobilin sürücüsü maşının ön şüşəsinə operativ nəqliyyat vasitələrinə aid olan göy və qırmızı sayrışan işıq siqnalları quraşdırıb. Hüseyn Cavid prospektində qeydə alınmış digər görüntüdə isə o, təhlükəsizlik kəmərindən istifadə etməyib və sükan arxasında diqqəti yayındıran hərəkətlər edib.

Qeyd edək ki, qayda pozan sürücü - Sahil İmanov “Marmara” universitetinin jurnalistika fakültəsini bitirib və hal-hazırda Türkiyədə media sahəsində çalışır.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
avtosfer.az

2Sources