3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Çində keçirilən "Women’s Series Final"da mübarizəyə start verib.
Offsideplus.az xəbər verir ki, yığmamız Şanxayda Kanadaya 13:21 hesabı ilə uduzub, Niderland U-25 komandasına 21:19 hesabı ilə qalib gəlib.
"Rapid Buxarest" komandasına qarşı keçirilməsi nəzərdə tutulan matç sabaha təxirə salınıb. Buna Şanxayda yağan güclü yağışlar səbəb olub.
Görüşlər "FIBA3x3" yutub kanalında canlı yayımlanacaq.