EN

70 yaşlı qadın itinə hücum edən pitbulu DİŞLƏDİ

Ajans.az xarici mediaya istinadla bildirir ki, hadisə Orlando şəhərində baş verib. 70 yaşlı Şirli Pasamanik supermarketdən çıxarkən onun 14 yaşlı iti Sparkiyə qəfil pitbul hücum edib. Qadın əvvəlcə əsa ilə Spakini qorumağa çalışıb, amma aqressiv it dayanmayıb. Bundan sonra Pasamanik pitbulun üstünə atılıb və onun boğazını dişləyib. Yalnız bundan sonra heyvan geri çəkilib. “Mən onun çənəsini aça bilmədim, buna görə dişlədim. Mənim çəkim cəmi 41 kiloqramdır! Sadəcə gücüm çatmırdı!” – deyə amerikalı qadın öz hərəkətini izah edib. Qadın əlavə edib ki, pitbulun sahibi onu qayışa bağlayıb aparıb və nə onun, nə də Spakinin vəziyyəti ilə maraqlanmayıb. Hazırda polis həmin kişini axtarmaqda davam edir.

Chosen
31
2
Ajans.az

3Sources