EN

Ədalət Partiyasının Siyasi Şurası Ali Məclisin çağırılması barədə qərar qəbul edib

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Bu gün Ədalət Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət, təşkilati məsələlər və Ali Məclisin çağırılması məsələləri müzakirə olunub.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Respublikadakı ictimai-siyasi vəziyyət barədə geniş çıxış edib. O, vurğulayıb ki, ölkədə gedən proseslər diqqətlə izlənilir və Ədalat Partiyası baş verən hadisələrə dərhal reaksiya verir. M.Rəhimli son vaxtlar Ədalət Partiyasına qarşı təxribat xarakterli hücumlar haqqında da danışıb. Siyasi Şura üzvləri Partiyaya qarşı istənilən yalan, böhtan və iftiralara kəskin şəkildə cavab verilməsinin vacibliyini vurğulayıblar.

Daha sonra Partiyanın Ali Məclisinin çağırılması ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Ədalət Partiyasının Ali Məclisi sentyabrın 27-də keçiriləcək. İclasda Ali Məclisin sədri, müavinləri seçiləcək və müvafiq Komissiyalar yaradılacaq.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
cebheinfo.az

2Sources