EN

Köçkünlərin Qarabağa qayıtmaması ilə bağlı çıxışlara qazidən reaksiya: "Qaçanlar yalnız təxribatçılar və qorxaqlar olub!

Son zamanlar “Tiktok” sosial şəbəkəsində qarabağlıların azad olunmuş ərazilərə qayıtmaq istəmədikləri və ya bəzilərinin ordakı evlərini kirayə verib özlərinin Bakıda qaldıqları barədə çıxışlar edilir. Hətta çıxış edənlər arasında jurnalistlər və Birinci Qarabağ müharibəsi iştirakçıları olduqlarını iddia edənlər də var.

Qaziler.az xəbər verir ki, sözügedən çıxışlarla bağlı Birinci və İkinci Qarabağ müharibəsi qazisi, batalyon komandiri olmuş, “Azərbaycan bayrağı” ordenli Zahid Həsənov müraciət ünvanlayıb. O, camaatı bir-birinə qarşı qoyacaq çıxışların təxribat xarakterli olduğunu vurğulayıb və hamını birlik olmağa çağırıb.

"Əziz və hörmətli şəhid ailələri, qazilər və müharibə iştirakçıları! Bugünkü gündə mətbuatda yaranmış gərginliyə mən də öz narazılığımı bildirmək istəyirəm. Mətbuatda belə bir gərginliyi yaradan xüsusi insanlar var ki, onlar Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqının və cəmiyyətinin əksinə çıxış edənlərdir.

Hörmətli yoldaşlar, bu çıxışımla demək istəyirəm ki, istər Qərbi azərbaycanlı olsun, istər qarabağlı, istərsə də Azərbaycanın başqa regionlarından olsun heç vaxt heç kim döyüş bölgəsindən, döyüş meydanından qaçmayıb. Qaçanlar yalnız və yalnız təxribatçılar və qorxaqlar olublar. Yəni təxribatçı da az olur, qorxaq da... Bu o demək deyil ki, bütün xalq təxribatçı və qorxaqdır. Xeyr!

Mən işinin peşəkarı olan jurnalistlərdən üzr istəyirəm, qalanlarına isə burdan müraciət edirəm: sosial şəbəkələrdə etdiyiniz çıxışlarla qıcıq yaradırsınız, bu, yaxşı hal deyil.

Qaldı ki, Qarabağ camaatının torpaqlarına qayıdıb – qayıtmayacağına, bu heç kimə məlum deyil. Dövlət nə vaxt və hansı ailələri köçürürsə, onların hamısı həmin gün də ana torpaqlarına qayıdırlar. Dövlət bunu mərhələli şəkildə edir. Nə vaxt dövlətimiz qapını açacaq, camaatı torpaqlarına buraxacaq və deyəcək ki, kömək eləyirik gedin ev-eşik tikin, yaşayın, onda hər şey məlum olacaq. İndi isə hökumətimiz imkan daxilində həm tikdikləri, həm də hazır olan evlərə insanları köçürür. Kimsə bundan nə vaxtsa imtina edib? Yox... Onda hansı qarabağlının evinə qayıtmayacağından danışırsınız? Bu camaatı üz-üzə qoyacaq bir fikirdir. Hələ müharibə qutarmayıb, dövlət başçımız mübarizə aparır, danışıqlar gedir.  Xahiş edirəm, bir olun, birlik olun!".

QAZİLER.AZ

Chosen
17
qaziler.az

1Sources